İlk avropalılar İtaliyanın cenubunda 1,7 milyon il evvel meskunlaşmışlar. evveller hesab edilirdi ki, qitenin en qedim sakinleri İspaniya erazisinde yaşamışlar. Lakin Roma, Turin, Florensiya və Ferraradan olan bir qrup alim Lissabonda keçirilen beynelxalq elmi konfransda yeni tedqiqat teqdim etmişdir. Odur ki, indi Paleolit dövründə Avropanın meskunlaşması tarixini yeniden yazmaq lazım gəlecekdir. AzərTAc-ın İtaliyanın ANSA agentliyinden aldığı xebere göre, bu fikri Romadakı Sapientsa Universitetinin paleontologiya professoru Karmelo Petronio söylemişdir. Lissabon forumunda İtaliya paleontoloqları və antropoloqları Apuliya eyaletinde aşkara çıxarılmış ovçu düşergelerinde aparılan qazıntıların neticeleri barede etraflı melumat vermişler. Orada çaxmaqdaşlı silahla yanaşı, 43 memelinin, o cümledən qılıncdişli peleng və mamontun qalıqları tapılmışdır. Hemin düşergelərin 1,7 milyon il evvel salındığı barede alimlərin ferziyyeleri doğru çıxsa, İspaniyada Quadiks-Basa çayı hövzesinde aşkar olunan və indiyedek ən qedim sayılan tapıntılar italyanların tapıntılarından 700 min il “cavan” hesab edilecekdir. Petronionun fikrince, Apuliya düşergesi “Homoerqaster” (“İşleyen insan”) növü nümayendelerinin Avropaya Afrikanın şimal-qərb qurtaracağından deyil, Yaxın Şerq vasitesile daha erken dövrlerde miqrasiya etdiyini tesdiqleyir.
|