Milli Məclisin dünən keçirilən növbədənkənar iclasında gündəliyə bir məsələ salınmışdı: parlamentin 16 mart tarixli iclasında Fəzail Ağamalı ilə aralarında baş verən insidentə görə Hüseyn Abdullayevin deputat toxunulmazlığının ləğv olunması. Amma bu məsələ iclasdan əvvəl H.Abdullayevin iştirakı olmadan MM-in Intizam Komissiyasında müzakirə edilmişdi. Jurnalistlər komissiyanın iclasında iştirak etməyə cəhd göstərsələr də, nəticəsi olmamışdı.
MM-in iclasına təxminən yarım saat qalmış isə məlumat gəldi ki, Hüseyn Abdullayev ATƏT-in Bakı ofisinə gedərkən həbs olunub. Bu zaman deputat həm də fiziki zora məruz qalıb.
Fəzail Ağamalının 3.2-2.5 sm-lik şişləri
Onun MM-in iclasına da qatılmaması bu məlumatın səhihliyinə inamı bir qədər də artırırdı. Yeri gəlmişkən, F.Ağamalı da hansısa səbəbdən iclasda iştirak etmirdi. Iclas başlayan kimi spiker Oqtay Əsədov bəyan etdi ki, H.Abdullayevlə F.Ağamalı arasında baş vermiş insidentlə bağlı baş prokuror Zakir Qaralov parlamentə müraciət edərək H.Abdullayev barəsində cinayət işinin açılması üçün onun üzərindən deputat toxunulmazlığının götürülməsini xahiş edib.
Baş prokurorun müavini Rüstəm Usubov çıxış edərək Zakir Qaralovun müraciətini oxudu. Təqdimatda Cinayət Məcəlləsinin 221.2.2 və 132-ci maddələri ilə başlanmış cinayət işi üzrə H.Abdullayevin deputat toxunulmazlığına xitam verilməsi ilə bağlı spikerə müraciət edilir. Baş prokurorun müraciətində bildirilir ki, martın 16-da 12.30 radələrində parlamentin iclas zalında hökumətin 2006-cı il fəaliyyəti haqda hesabatı üzrə müzakirələr keçirilərkən millət vəkili H.Abdullayev çıxışı zamanı deputat etikasını gözləməyib. Insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz ifadələr işlədib, deputat adına xələl gətirən hərəkətlər edib. H.Abdullayev onu intizama dəvət edən deputatları nalayiq söyüşlərlə söyərək təhqir edib. Millət vəkili həmçinin öz həmkarı F.Ağamalının üstünə hücum çəkərək onu döyüb və F.Ağamalı qapalı kəllə-beyin travması alıb. Onun “alnının sol qaşüstü nahiyəsində 3.5, 2.5 sm-lik şiş əmələ gəlib. Bunun nəticəsində parlamentin plenar iclasının gedişi 20 dəqiqə pozulub. Bu fakta görə prokurorluq orqanları tərəfindən ibtidai istintaq aparılır.
***
Zəruri qeyd: Məlum hadisədən sonra F.Ağamalı jurnalistlərə açıqlamasında heç bir xəsarət almadığını və özünü yaxşı hiss etdiyini bəyan etmişdi. Doğrudan da deputatın üzündə heç bir xəsarət izi görünmürdü. Onun dünənki iclasa qatılmaması
***
MM-in Intizam komissiyasının sədri Ağacan Əbiyevsə bildirdi ki, bu məsələyə komissiyanın iclasında baxılıb və Fazil Qəzənfəroğlu istisna olmaqla komissiya üzvləri məsələnin müzakirəyə çıxarılmasını məqbul hesab ediblər.
Əli Əhmədov Hüseyn Abdullayevi “qoçu deputat” adlandırdı
Müzakirələr zamanı ilk çıxış edən YAP-ç
...
Arxasini oxu