Server De Geden Butun Qalma-qallar Artiq www.IRcaz.Moy.su da
Начало » 2007»Март»29 » Azərbaycana pul köçürmələri qadağan edildi
Azərbaycana pul köçürmələri qadağan edildi
12:26
Azərbaycana xaricdən 2008-ci il prezident seçkisinə qədər 1 milyondan artıq pul köçürülməsi qadağan edilib. Bu məqsədlə bank sisteminə müvafiq göstərişlər verilib. Məqsəd prezident seçkisi zamanı alternativ namizədlərə maddi dəstəyin qarşısını almaqdan ibarətdir. Bu məlumatı təqdim edən mənbə bildirir ki, Ilham Əliyev bir-birinin dalınca həbs etdirdiyi varlı və imkanlı insanlardan ehtiya edir. Mənbə eyni zamanda başqa bir variantı da nəzərdən keçirməyi təklif edir: bu ideya və ümumiyyətlə, sabiq Əliyevçi komandaya qarşı başqa repressiv tədbirlər prezidentin ətrafındakı “sədaqətli” oliqarxlardan gəlir. Onlar belə tədbirlərlə Ilham Əliyevi fakt qarşısında qoymaq istəyirlər: səni hakimiyyətdə biz saxlayırıq və bizim bu “sayıqlığımız” olmasaq, hakimiyyəti saxlaya bilməzsən. Bizə qalırsa, hər iki variant ağlabatandır və məntiqə uyğundur. Yəni, həm Ilham Əliyevin özü ehtiyatlanır, həm də ətrafındakı adamların bu istiqamətli ideyalarını məmnuniyyətlə qəbul edir. Pul köçürmələrinin nəzarət altına salınması ideyası isə onu göstərir ki, Ilham Əliyev sabiq Heydərçilərin həbs edilməsi və zərərsizldəşdirilməsi istiqamətində əməliyyatları hələ davam etdirmək fikrindədir. “Varis” öz komandasını yaratmaq üçün atasının komandasını darmadağın etməkdə israrlıdır. “Azadlıq”a çatan məlumatda bildirilir ki, bu qeyri- rəsmi qərarın icrasına nəzarət Beynəlxalq Banka həvalə edilir. Informasiya şöbəsi